Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

"Bölgədə lotuluq edən imperial maraqlara sinə gərən tək dövlət gələcəkdə Türkiyə olacaq"

"Türkiyə ordusunun Azərbaycanda hərbi təlimləri ilə bağlı yaşananları Nuru paşanın 1918-ci ildə Azərbaycanı xilası ilə müqayisə edərdim"


Rusiya XİN rəhbəri Sergey Lavrovun erməni babalarının qəbirləri tapılıb. 

Moderator.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın Lori bölgəsinin Ardvi kəndindəki Hovhannes kilsəsinin həyətində Kalantaryan ailəsinin məzarlığı var... 


Görəsən, ermənilər bununla nə demək istəyir? Yəni Kələntərov və Putin onların dediklərini etməsələr, qahmar çıxmaqda azacıq tərəddüd etsələr, babalarının qəbrinimi dağıdacaqlar? Olmaya Türkiyənin son zamanlar güclənməsi erməniləri özündən çıxarıb:

Türkiyə nüvə dövləti olmadan bölgənin ən güclü dövləti ola bilərmi? Türkiyənin daxili işlər naziri Süleyman Soylu iki gün öncə ilginc açıqlama ilə çıxış edərək yaxın gələcəkdə Türkiyənin dünyanın cazibə mərkəzinə çevriləcəyini bildirib. Yaxın gələcək dedikdə yaxın 20, yoxsa 50 il nəzərdə tutulur? Qlobal güclər, xristian dünyası türkiyənin dünyanın cazibə mərkəzinə çevrilməsinə imkan verərmi?

Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Şurasının sədri, Ərciyəz Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında deyir ki, kimsə Türkiyənin artan gücünə əngəl ola bilməyəcək:

"Əvvəla onu deyim ki, Türkiyə öz bölgəsində liderlik özəlliyini heç zaman əldən verməmişdir və buradakı bütün bölgəsəl problemlərin həllində rol oynayan ən güvənilir bir dövlətdir və hər kəs bununla hesablaşmaq zorundadır. Onun nüvə silahı olsa da, olmasa da belədir. Nüvə dövlətləri Türkiyəni bu silahla heç vaxt təhdid edə bilməzlər. Türkiyə nüvə silahına sahib olsa onun gücü birə beş arta bilər. Və bu da olacaq. Ayrı yol yoxdur. Yaxın gələcək deyərkən Türkiyənin söz sahibləri heç vaxt uzaq tarixi nəzərdə tutmurlar. Yaxın gələcək iki-üç il sonra deməkdir. Yeni dünya düzənində Türkiyəmizin söz sahibi olması üçün yaxşı şərait də yetişib. Bölgədə lotuluq eləyən imperial maraqlara tək sinə gərən dövlət də gələcəkdə Türkiyə olacaq. Bu həm də Azərbaycan deməkdir. Mən dəfələrlə Türkiyəni bizim problemlərə çəkmək təklifləri vermişəm. Konfederativ əsaslarla onunla bütövləşmək bizim nicatımız və inkişafımızın təməli deməkdir. 
 
Son günlər Türkiyə ordusunun Azərbaycanda hərbi təlimləri ilə bağlı yaşananlara gəlincə, mən bunu Nuru paşanın 1918-ci ildə Azərbaycanı xilası ilə müqayisə edərdim. Azərbaycan insanlarında necə böyük inam yaratdı bu olay. Qürurlanmışdır insanlarımız. Sevinc içərisindədir. Çarəsizlik sindromu aradan qalxmışdır. O zaman da Azərbaycanın bir hissəsi işğal olunmuşdu. İndi də 20 faiz ərazimiz düşmən əlindədir. Türk ordusu buna biganə qalmayacaq. Cənubi Qafqazın hüzuru da Türkiyə ilə bağlı olacaq. Xristian dünya, qlobal güclər çalışacaqlar ki, Türkiyənin bölgədə və dünyada rolunun artmasına mane olsunlar, bu artıq mümkün olmayacaq".
Facebook-da paylaş