Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

“Gedişhaqqı, suyun və elektrik enerjisinin də qiyməti bahalaşacaq”


“2019-cu illə müqayisədə avtomobil idxalı artsa da, dizel yanacağının istehsaı aşağı düşüb, avtomobil benzinin istehsalı də cüzi artıb. Belə ki, 2019-cu ilin yanvar-noyabr aylarında 1041,9 min ton avtomobil benzini, 1911,2 min ton dizel yanacağı stehsal edidiyi halda, müvafiq göstəricilər 2020-ci ilin eyni dövründə 10 66,3 min ton və 1 881,3 min ton olub”. Bu fikirləri Demokratiya və Rifah Hərəkatının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlu Tarif Şurasının benzinin və dizelin qiymətinin artması ilə bağlı qərarını şərh edərkən  özünün “Feysbuk” hesabında yazıb.Onun sözlərinə görə, Tarif Şurası benzinin və dizel yanacağının qiymətinin bahalaşmasını əsaslandırmaq üçün 3 arqument göstərib: Ölkəyə avtomobil idxalının artması; qonşu ölkələrdə benzinin qiymətinin bizdən baha olması;  2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılmasına görə modernləşdirmə xərclərinin yüksəlməsi.“Tarif Şurasının qərarına əsasən, yanvarın 4-dən etibarən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bu günə kimi isə Aİ-92 markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 90 qəpik, dizel yanacağının isə 60 qəpik təşkil edirdi”, – iqtisadçı deyib. “Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib, onlardan 4486-ı daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri olub, 146-ı yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri olub”, – Qubad İbadoğlu qeyd edib.  ADR sədri qonşu ölkələrdə benzinin qiymətinə də münasibət bildirib: “Rusiyanın Novosibirsk şəhərində satılan Ai-92 benzinin qiyməti 94 qəpikdir. Rusiyada ötən ilin noyabr ayına olan orta aylıq əmək haqqı 1127 mana olub, bu Azərbaycandakı orta aylıq əmək haqqından 422 manat çoxur. Bu hesabla orta aylıq əmək haqqına Rusiyada 1198 litr, Azərbaycana 705 litr benzin düşür”. Onun fikrincə,  Tarif Şurasının neft istehsalçısı olan Azərbaycanın qiymət artımını benzini və dizel yanacağını idxal edən Gürcüstanla, Belarusla, Ukrayna,Türkiyə  ilə müqayisə etməsi məsrəf amilinə görə iqtisadi cəhətdən düzgün deyildir:  “Belə müqayisə neft istehsalçıları olan Türkmənistan, Qazaxıstan, İran, İraq, Qatar, Küveyt, İndoneziya, Misir, Liviya, Oman, Bəheyn, Səudiyyə Ərəbistanı, Venesuela, hətta ABŞ-a aparılanda məlum olur ki, Azərbaycandakı qiymətlər bir çox ölkələrlə müqayisədə dəfələrlə bahadır”.“İstehlakçılar dizel yanacağının və Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması modernləşdirmə xərclərinin artması üçün nədən 1 il 6 ay və 2 il 6 ay qabaqdan ödəməlidirlər? Bu hansı məntiqlə izah oluna bilər ki, hələ istehlak etmədiyin yüksək standarta görə ödənişi əvvəlcədən edəsən”,– deyə Q.İbadoğlu bildirib.Qubad İbadoğlu bildirib ki, hazırkı qiymət artımı böyük özəlləşdirməqabağı həyata keçirilən preventiv addımların bir hissəsidir: “Odur ki, bu, son deyil, digər ictimai xidmətlərin nəqliyyatda gedişhaqqı, suyun, elektrik enerjisinin, digər kommunal xidmətlərin də qiyməti bahalaşdırılacaq”.Yanvarın 5-də Azərbaycanda Aİ-92 benzinin qiyməti 1 manat, dizel yanacağının qiyməti isə 80 qəpik olub.Dövlət Neft Şirkəti (SOCAR) Tarif Şurasına müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib.Tarif Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 11,1 faiz qaldıraraq 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiymətini isə 33,3 faiz qaldıraraq 1 litr üçün 80 qəpik müəyyən edib.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin