Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Bu il "Green Card" udan azərbaycanlıların sayı AÇIQLANDI

ABŞ-da leqal yaşamağa və işləməyə imkan verən "Green Card" lotereyasının 2021-ci il üzrə nəticəsi açıqlanıb.
 
Dövlət Departamentinin dərc etdiyi məlumata görə bu il dünyanın fərqli ölkələrindən 11 milyon 830 min 707 insan lotereyaya qatılıb.
Onlardan 55 min nəfər qələbə qazanaraq ABŞ-a köçmək və işləmək icazəsi alıblar.
 
Məlumata əsasən, bu il 1 439 Azərbaycan vətəndaşı "Green Card" udub.
Bundan başqa, 5 604 Ukrayna, 6 001 Rusiya, 2 143 Belarus, 190 İsrail, 2 293 Ermənistan, 1 899 Gürcüstan, 2 406 Qazaxıstan, 2 130 Qırğızıstan, 1 565 Moldova, 2 332 Tacikistan, 5 319 Özbəkistan və s. ölkə vətəndaşları "Green Card" qazanıblar.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin