Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Lənkəranda lisey müəllimini elektrik cərəyanı vuraraq öldürüb




Lənkəranda lisey müəllimini elektrik cərəyanı vuraraq öldürüb
Lənkəranda lisey müəllimini elektrik cərəyanı vuraraq öldürüb.
 
Hadisə Şilavar kəndində baş verib.
 
Belə ki, 1959-cu il təvəllüdlü Nəsirov Mirtağı Qurban oğlu həyətindəki ağacdan qoz dərərkən onu bir qədər aralıdan keçən yüksək gərginlikli elektrik cərəyanı vurub. Yaxınları onu təcili yardım maşını ilə xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, 62 yaşlı M.Nəsirov Lənkəran şəhər 4 nömrəli Humanitar məktəb-liseyin müəllimi işləyirdi. O, 90-cı illərdə Lənkəranda xalq hərəkatı aktivlərindən olan tanınmış şair - mərhum Əli Nasirin kiçik qardaşı idi.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin