Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Dəhşətli qəzaya səbəb olan 19 yaşlı sürücü SAXLANILDI

Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən qəzaya səbəb olan şəxs saxlanılıb.
 
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat evrib.
 
A.Əsgərli deyib ki, o, 2002-ci il təvəllüdlü Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğludur.
 
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.
 
Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, qəzada 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin