Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Millimizin Böyük Dəbilqə üçün heyəti bəlli oldu

Cüdo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
 
Yığmamız oktyabrın 16-17-də Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqəyə 8 idmançı ilə yollanacaq.
 
Məşqçilər korpusu mötəbər yarışda Balabəy Ağayev (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (66 kq), Hidayət Heydərov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans verəcək.
 
Böyük Dəbilqədə 48 ölkədən 294 (173 kişi, 121 qadın) cüdoçunun iştirakı gözlənilir.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin