Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Qambiyanın İƏT rəsmisi: “İƏT olaraq erməni vəşiliyini qınayırıq”

“Gördüklərimiz mənzərə həqiqətən dəhşətlidir. Bizlər kifayyət qədər böyük dağıntıların şahidi oluruq. Bizlər bir daha Ermənistan hakimiyyətinin Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı törətdiyi vəşiliyin şahidi oluruq. Biz dünya ictimaiyyəti olaraq bu vəşiliyi qınayırıq".

"RiaTV.az"   xəbər verir ki,  bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gəncə şəhərinə səfəri çərçivəsində Qambiya respublikası üzrə təmsilçisi Əbubakar Ja bildirib. Diplomat qeyd edib ki, erməni təcavüzü nəticəsində Azərbaycan xalqının günahsız vətəndaşlarının, mülki şəxslərinin öldürülməsini pisləyirik.

“Burada yaşayan insanların heç bir günahı olmayıb. Mülki şəxslərə qarşı atılan addım çox ağır bir terrorun nümunəsidir. Bu səfərimizlə biz həm də Azərbaycana həmrəylik göstərmək istəyirik”, - deyə diplomat qeyd edib.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin