Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Şəhidlərimizin ailəsi bizim başımızın tacıdır - FOTO

"RiaTV.az"
Bu gün Yağmur günü... Yağmur atası Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olduqdan 2 ay sonra doğulub.

İlk övladıma, qızıma Yağmur adı verəcəm deyən qəhrəman qardaşımız Ziya Həsənovun gözəl balasını, xanımını gözəl dost Yazgul Abdiyeva və gözəl həkim və dost Sevinc xanımla birlikdə ziyarət etdik. Yağmur Qənirə xalası ilə gizlənpaç da oynadı, yeni hədiyyələri olan mətbəxi və balaca evi ilə bizi çaya da qonaq etdi, bənovşə dərib iylətdi bir sözlə gözəl bir gün yaşatdı.

Nur içində yatsın şəhid qardaşımız.

İnşallah gözəl balası böyüyüb xoşbəxt və ağıllı bir qız olacaq və atasının da hər zaman ruhu şad olacaq. O bizim, bütün millətimizin balasıdır. Şəhidimizin dəyərli xanımı,əziz bacımızla söhbət etdik və hər zaman yanınızdayıq dedik. Şəhidlərimizin ailəsi bizim başımızın tacıdır və hər birimizin, hər bir azərbaycanlının onların hər zaman yanında olmaq borcumuzdur.

Allah hər zaman köməkləri olsun. Səni sevirik gözəl Yağmur! Sadəcə anana deyil hamımıza gözəl gülüşünlə sevinc bəxş edirsən gözəl Mələk! Nə yaxşı ki varsan və inşallah qəhrəman atanın istədiyi bir qız kimi böyüyəcəksən! Hər zaman xoşbəxt ol!





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin