Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

İranda koronavirusa gündəlik yoluxmada rekord

İranda ötən sutka ərzində 20 954 nəfər koronavirusa (COVID-19) yoluxub. Bu indiyə qədərki gündəlik yoluxma sayında ən yüksək rəqəmdir.

"RiaTV.az"   bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 984 348 nəfərə çatıb. Virus daşıyıcılarından 4 177 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 193 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 63 699 nəfərə yüksəlib.

Ölkədə indiyədək 1 675 891 nəfər koronavirusdan sağalıb, 13,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Koronavirusa yoluxma üzrə 257 rayon qırmızı və 129 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 51 rayon sarı, 11 rayon isə mavi zona hesab olunur. 
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin