Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Şuşaya atılan “İskəndər”lər: Podolyakanın “uzaqgörənliyi” ifşa olundu - VİDEO

"RiaTV.az"
Son günlərdə Ermənistanın “İskəndər” orepativ taktiki raket kompleksi vasitəsilə Azərbaycanın Şuşa şəhərinə zərbə endirməsi qlobal hərbi ekspertlər cəmiyyəti arasında ən çox müzakirə olunan məsələlərdən biridir.

Özünü hərbi-siyasi ekspert kimi təqdim edən ukraynalı bloqer Yuri Podolyaka da mövzudan yan keçməyib.

O, “İskəndər” məsələsi ilə bağlı iki videoçarx hazırlayıb. Bütün mövcud faktlara göz yuman “ekspert” Azərbaycanı saxtakarlıqda, ölkə KİV-ni isə ifrat vətənpərvərlik və türkçülükdə, eləcə də naşılıq və savadsızlıqda ittiham edib.

Baku TV-nin hərbi eksperti Fərdin İsazadə “Qarabağ Xronikası”nın sayca 20-ci buraxılışında burnunun ucundan o yanı görə bilməyən Podolyakanın peşəkar “uzaqgörənliyini” faktlar əsasında sübut edib və onun hansı məqsədlər güddüyünü üzə çıxarıb.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin