Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başladı

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin birgə illik planına əsasən hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimləri başlayıb.

"RiaTV.az"   xəbər verir ki, ölkəmizdə təşkil olunan təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-da başa çatacaq.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin