Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Karantin tədbirləri sərtləşdirildi

Argentina hökuməti koronavirusa yoluxma hallarının artması səbəbindən karantin tədbirlərini sərtləşdirmək və gecə saatlarında sakinlərin sərbəst hərəkətini qadağan etmək qərarına gəlib.

"RiaTV.az"   xəbər verir ki, bu barədə ölkənin Prezidenti Alberto Fernandes bildirib.

“Biz bütün ölkədə tətbiq olunacaq bir sıra tədbirləri təsdiqlədik. Bundan əlavə, epidemiya təhlükəsi yüksək və orta səviyyədə olan ərazilər üçün ayrı-ayrı tədbirlər olacaq”, - o, videomüraciətdə deyib.

Prezidentin sözlərinə görə, bütün ölkədə qrup şəklində turist səfərləri, 20-dən çox insanın iştirak etdiyi toplantılar, qapalı məkanlarda 10-dan çox insanın olduğu halda kazinonun işi və idmanla məşğul olmaq qadağan ediləcək. “Bar və restoranlar 23:00-dan gec olmayaraq bağlanacaq. 00:00-06:00 arası küçələrdə hərəkət etmək qadağan olunacaq”, - Fernandes bəyan edib.

Yeni məhdudiyyətlər azı üç həftə qüvvədə olacaq.

İndiyədək ölkədə koronavirusa 2 450 068 nəfər yoluxub, 56 832 xəstə pandemiyanın qurbanı olub.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin