Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Bakıda əməliyyat: Xeyli sayda idmançı saxlanıldı - FOTO

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar olaraq həyata keçirilən nəzarət tədbirləri zamanı fəaliyyətinə müvəqqəti icazə verilmədiyi halda müştərilərə xidmət göstərən daha bir obyekt aşkar edilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RiaTV.az-a verilən məlumata görə, keçirilən profilaktik tədbir zamanı müəyyən edilib ki, rayon ərazisində yerləşən "Anderqraund" adlı idman zalı xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul edir. Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkar edilib.
Həmin şəxslərdən COVID-19 virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib edilib və cərimələniblər.
Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin