Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda benzin bahalaşacaq? - RƏSMİ AÇIQLAMA

Mayın 9-dan etibarən Qazaxıstan bir sıra neft məhsullarının ixracına 6 aylıq məhdudiyyətlər qoyacaq.
RiaTV.az  xəbər verir ki, bu qərar daxili bazarda neft məhsullarının qıtlığının qarşısını almaq üçün verilib.
Rusiya da benzin və dizel yanacağının ixracına müvəqqəti qadağa qoymaq niyyətindədir və hazırda bu məsələ hökümətdə müzakirə olunur.
Sözügedən məsələnin Azərbaycana mümkün təsirini şərh edən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, coğrafi baxımdan bizə yaxın olduğu üçün bəzi neft məhsulları oradan idxal olunur. Onun sözlərinə görə, Rumıniya, İsveçrə və Böyük Britaniya kimi müxtəlif Avropa ölkələrindən yanacağı müvəqqəti ala bilirik. Lakin Qazaxıstanın ixracla bağlı qərarının Azərbaycana ciddi təsiri olmayacaq.
İbrahim Əhmədov qeyd edib ki, bu cür məhdudiyyətlərin ölkəyə idxal olunan neft məhsullarının qiymətinə təsiri olmur.
Qurum rəsmisi əlavə edib ki, ölkəmizdə ən çox istifadə edilən Aİ-92 markalı benzin və dizel yanacağı ölkə daxilində istehsal olunur.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin