Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

​Baş nazir mühüm QƏRAR İMZALADI - SON DƏQİQƏ

Baş nazir Əli Əsədov dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsinə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
RiaTV.az  xəbər verir ki, dəyişikliklə Nizamnamənin 3.2.2-ci bəndi (Müəssisənin vəzifələri) yeni redaksiyada verilir.
Yeni redaksiyaya əsasən, dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq donor orqanların transplantasiyasını, habelə bu məqsədlə donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək səlahiyyəti verilir.
Nizamnamənin hazırkı varinatına əsasən isə qanunvericilikdə nəzərdə tutulmuş hallarda, transplantasiya məqsədi ilə insan orqan və toxumalarını götürmək vəzifəsi dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinə həvalə edilmişdi.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin