Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Çexiyada mayın 10-dan maskaların məcburi taxılması ləğv ediləcək

Çex Respublikasında epidemioloji vəziyyətin daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq Nazirlər Kabineti maska və resperatorlarla bağlı yeni qərar qəbul edib.                                       
RiaTV.az  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Peter Arenberqer mətbuat konfransında bildirib.
Nazir deyib ki, qərara görə, mayın 10-dan respublikada maskaların məcburi şəkildə istifadəsi ləğv edilir: "Maskalardan yalnız insanların çox olduğu yerlərdə, eləcə də daxili otaqlarda, sosial məsafənin gözlənilməsində çətinlik yaranan məkanlarda istifadə ediləcək".
Arenberqer əlavə edib ki, keçən ilin payız mövsümündəki rejim qüvvədə olacaq: "Ötən ilin payızında da yalnız ictimai nəqliyyatda, dayanacaqlarda və s. bu kimi yerlərdə maska taxmaq tələb olunurdu".
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin