Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.
Fövqəladə Hallar Nazirliyindən RiaTV.az-a verilən məlumata görə, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin