Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Rusiyada 5 turist qar uçqun altında qalıb

Rusiyanın Buryatiya Respublikasında yerləşən Mondi qəsəbəsi yaxınlığında 5 turist qar uçqun altında qalıb.                                                                                                       
RiaTV.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli qərargahının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə yaşayış məntəqəsi yaxınlığındakı "Qorelov" aşırımında qeydə alınıb.
Ərazidəki dağlardan böyük qar kütləsi enərək yolu bağlayıb.
Qeyd edilib ki, hadisə zamanı qeydiyyatdan keçməmiş 5 nəfərdən ibarət turist qrupu həmin marşrut üzrə hərəkətdə imiş.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin