Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

DƏHŞƏTLİ SSENARİ: Asteroid yerə çırpılır - Azərbaycan və Türkiyə təhlükə altında

NASA və Avropa Kosmik agentliyinin alimləri Yer planeti ilə toqquşma ehtimalı olan şərti asteroidlə bağlı simulyasiya hazırlayıb.
RiaTV.az xəbər verir ki, toqquşmanın baş verəcəyi təqdirdə yaşana biləcək ssenarilər nəzərdən keçirilib. Göy cisminin dayandırılması üçün seçimlər müzakirə edilib. Ssenariyə görə, “2021 PDC” adlı asteroid 6 ay sonra Yerlə toqquşacaq. Ssenaridə göy daşının çırpılacağı bölgə Avropa və ya Şimali Afrika müəyyən edilib. Yəni Türkiyə və Azərbaycan kimi ölkələr də “təhlükəli bölgə”də yer alıb.
Təlimin nəticəsinə görə, belə hadisə baş verərsə fəsadı nüvə partlayışına bərabər olacaq. Alimlər hesab edir ki, belə hadisə zamanı asteroidin qarşısını almaq mümkün olmasa insanları xilas etmək üçün onlar başqa regionlara təxliyə edilməlidir.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin