Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Müğənninin ölümü ilə nəticələnən yol qəzasının TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, müğənni Aslan Hüseynov yol qəzasında ölüb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev RiaTV.az-a  açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynov qəzada vəfat edib.
A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi "BMW" markalı, 99 HS 789 nömrə nişanlı avtomobillə qarşıda hərəkət edən "Kamaz" markalı yük avtomobili ilə toqquşub.
Müğənni hadisə yerində vəfat edib. 
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin