Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Zaqatalada idarə rəisinin jurnalistdən gizlənməsinin səbəbi nədir?

RiaTV.az                                                           
Zaqatalada idarə rəisinin jurnalistdən gizlənməsinin səbəbi nədir?
 
  Son vaxtlar vəzifə sahibi olan bir çox şəxslərin daşıdıqları vəzifələrindən sui-istifadə etmləri, qanunun tələblərinə əməl etmək əvəzinə, onların hər cür qanunsuzluğa rəvac vermələri səbəbindən və s. bu gün də ictimai həyatımızda çoxsaylı problemlər əmələ gəlməkdədir. Belə vəzifə sahibi olan şəxslərdən biri də, məhz Azərbaycan Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin tabeçiliyində fəaliyyət göstərən Zaqatala Yol İstismarı İdarəsinin rəisi  Rüstəm müəllimdir. Əldə etdiyimiz məlumatlara görə, bir müddət bundan öncə daşıdığı vəzifəsinə sahib olan bu şəxs, hal-hazırda nə qanun sayır, nə də qanunvericiliyin tələblərinə məhəl qoyur. Onu da unutmaq olmaz ki, Azərbaycan Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin tabeçiliyində fəaliyyət göstərən sturuktur vahidlərinin hər biri, hal-hazırda dövlətimiz üçün olduqca strateji əhəmiyyət kəsb edən sahələrdən biri hesab olunur. Belə bir səbəb üzündəndir ki, bu sahədə əmələ gələn problemlərin varlığı, yaxud da bu sahədə atılan addımların mahiyyəti hər kəsi, ələlxüsus media təmsilçilərini daim düşündürən məsələlərdən biri olur. Məsələn, adicə bir faktı qeyd edək ki, dünən günorta saatlarında redaksiyamızın əməkdaşı Zaqatala Yol İstismarı İdarəsinin rəisi  Rüstəm müəllimlə görüşüb, adı çəkilən şəxsə iş fəaliyyətləri ilə bağlı bir neçə sual ünvanlamaq istəyində olur. Yəni, əməkdaşımızın başlıca məqsədi adı çəkilən qurum rəhbərliyinin həyata keçirdiyi idarəçiliyin mahiyyəti, görülən işlər və s. haqda lazımi məlumatları əldə etmək olur. Təəssüflər olsun ki, əməkdaşımızın bu yöndə istəyi elə istək olaraq da qalır. Buna da əsas səbəb, Rüstəm müəllimin ortaya qoyduğu hikkənin varlığı olur. Çünki, o, əməkdaşımızı qəbul edib ünvanlayacağı sualları cavablandırmaq əvəzinə “gedin onlara 5-10 manat pul verin çıxıb getsinlər” deməklə, əslində mətləbdən yayınmaq qərarı verir. Belə bir halın varlığı da, artıq KİV haqqında qəbul olunmuş Qanunun tapdaqlar altına atılması deməkdir.
   Onu da bildirək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.
         Agentliyin əsas məqsədləri Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmətlərin göstərilməsindən, balansına verilmiş avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, tikilməsindən, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsindən ibarətdir. Yəni, bütün bunlar onu qeyd etməyə əsas verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və ona tabe olan struktur vahidləri olduqca strateji əhəmiyyət kəsb edən, həmçinin məsuliyyətli bir sahəyə cavabdehlik daşıyırlar.
   Düşündürücü hal odur ki, ölkə rəhbəri cənab İlham Əliyev Azərbaycan mətbuatının yubiley tədbirlərində hər bir vəzifəli şəxsə tapşırıq və tövsiyyələrini çatdırır. Yəni, ölkə rəhbəri tapşırıq verir ki, vəzifə sahibi olan şəxslər mətbuatdan qaçmamalı, ünvanlanan suallara aydınlıq gətirməyə çalışmalıdırlar. Bu belə olduğu halda, görəsən Zaqatala Yol İstismarı İdarəsinin rəisi vəzifəsini daşıyan Rüstəm müəllimin atdığı addımlara nə ad vermək olar? Bəlkə verilmiş tapşırıq və tövsiyyələrin bu şəxsə aidiyyatı yoxdur?
 P.S. Hörmətli oxucular! Biz Zaqatala Yol İstismarı İdarəsi ilə bağlı mövzunu diqqətdə saxlayıb, çox yaxın günlərdə yeni açıqlamalarla çıxış etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin