Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

A.Məmmədov: Şəhid ailələrinə diqqət və qayğı Dovlət Başcısının xüsusi nəzarətindədir

RiaTV.az                                                                                                                                                                   
Milli Məclisin deputatı Aqil Məmmədov Vətən müharibəsində şəhid olan  Heydərov Qismət İsmayıl oğulunun  ailəsinə baş çəkib.Şəhid ailəsinin psixoloji-mənəvi vəziyyəti ilə maraqlanan Aqil Məmmədov  görüşdəki çıxışı zamanı qeyd edib ki, 44 günlük Vətən Müharibəsində qorxmadan, çəkinmədən düşmənlə mübarizə aparan, torpaqlarımızın azadlığı, Vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda düşünmədən canından keçmiş şəhidlərimiz bizim qələbəmizin səbəbkarlarıdır. Onlar hamımızın övladı, hamımızın qardaşıdır və hər birimiz onlarla fəxr edir, şəhidlərimizi daim qürur hissi ilə yad edirik. Azərbaycan dövləti nə qədər varsa,şəhidlərimiz hər birimizin qəlbində bir o qədərdə yaşıyacaq. Dövlətimiz Azərbaycanının ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Qazi və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, bu istiqamətdə görülən işlərdən danışan deputat Aqil Məməmədov bildirib ki, şəhid ailələrinə diqqət və qayğı dövlət başçımızın xüsusi nəzarətindədir.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin