Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

18 yaşlı şəhidimiz sağdır? - Ailəsi məlumat yayıb

Vətən müharibəsinin 18 yaşlı şəhidi Nihad Abdullayevin sağ olduğu söylənilib. Bu barədə onun ailəsi məlumat yayıb.  RiaTV.az xəbər verir ki, N.Abdullayevin əmisi qızı Nəzrin Abdullazadə qardaşının cəsədi gətiriləndə ailəsinə üzünün göstərilmədiyini deyib:
 
"Onu çiyinlərində daşıyanlar deyirdilər ki, sanki tabutun içi boşdur. Yaxın günlərdə qohumumuz İnstaqramda görüb ki, bir həkim Nihatın şəklini paylaşıb. Yazıb ki, bu uşağın ailəsini tapın, komadan yeni ayılıb, vəziyyəti ağırdır, yaddaşını itirib. Nə isə xatırlamadığını bildirib. İndi həmin yaxınımız onun fotosunu paylaşan həkimin adını  xatırlamır. Biz də onu axtarırıq. Xahiş edirik, bu haqda məlumat alsanız, ya da nə isə görsəniz bizə bildirin".
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin