Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Əlilliyi ləğv edilən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sosial şəbəkə səhifələrində Quliyev Elşad Elbrus oğluna əlillik təyin edilməməsi ilə bağlı narazılığı barədə yayılan videoya münasibət bildirib.
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən RiaTV.az-a verilən məlumatda bildirilir ki, vətəndaşın səsləndirdiyi ittihamlar əsassızdır:
"Çünki ötən illərdə Quliyev Elşad Elbrus oğluna hərbi səbəblə əlaqədar əlillik təyin olunsa da, əyani müayinə zamanı onun sağlamlıq durumunun əlillik təyinatına əsas yaratmadığı müəyyən edilib.
Həkim-ekspertlərin, aidiyyəti qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə aparılan müayinədə yerli tibb müəssisəsi tərəfindən E.Quliyevlə bağlı təqdim edilmiş göndərişdəki (forma 88) diaqnoz (kəllədaxili travma, kəllə-beyin travmasının qalıq əlamətləri və digər bu kimi diaqnozları) təsdiqini tapmayıb. Müayinədə iştirak edən QHT nümayəndələri də bu şəxsin sağlamlığında əlillik əlamətləri olmadığını təsdiqləyiblər.
Bu səbəbdən həmin şəxsə əvvəlki dövrlərdə aparılmış əlillik təyinatının əsassız olduğu müəyyən edilib və əlillik müddəti uzadılmayıb".
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin