Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Arvadından ayrılan kişi sevdiyi qadını həyətinə apararaq boğazını kəsdi - Bakıda qətl - VİDEO

Bakıda kişi qeyri-rəsmi yaşadığı qadını bıçaqlayaraq qətlə yetirib.
RiaTV.az xəbər verir ki, ağır cinayət ötən gecə Sabunçu rayonunda baş verib.
Məlumata görə, qəsəbə sakini Ramil Rəhmanov qısqanclıq zəminində Svetlana Məmmədova ilə aralarında yaranmış mübahisəni həll etmək üçün onu Zabrat qəsəbəsində özünə məxsus evin həyətinə gətirib.
Tərəflər arasında mübahisə həmin ünvanda daha da qızışıb və Ramil Rəhmanov Svetlana Məmmədovanı bıçaqlayıb.
Hadisə şahidi olan qonşular dərhal polisə xəbər veriblər. Prokurorluq və polis əməkdaşları əraziyə baxış keçiriblər.
Qonşuların sözlərinə görə, Ramil Rəhmanov bir neçə il əvvəl həyat yoldaşından ayrılıb, daha sonra adı çəkilən qadınla münasibət qurub.
Qətli törətməkdə şübhəli bilinən Ramil Rəhmanov hadisədən sonra könüllü şəkildə ərazi üzrə 15-ci polis bölməsinə gedərək təslim olub.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. Hadisənin dəqiq təfərrüatları araşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:                     


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin