Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Abid Şərifovun həyat yoldaşı MƏHKƏMƏYƏ VERİLDİ

Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Sədayə Şərifova məhkəməyə verilib.
RiaTV.az-ın verdiyi məlumata görə, S.Şərifovaya qarşı "Bulaq-2" MTK-dakı bir neçə mənzillə bağlı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb.
Belə ki, bu mənzillər Abid Şərifova vəzifədə olduğu dövrdə pay verilib. Həmin mənzillər ayrı-ayrı şəxslərə satılıb. Hazırda o evlərdə Kazımova Sədaqət Abbas qızı, Məmmədova Mahirə Mehman qızı, hidayətli Elvin Əkrəm oğlu yaşayırlar. 
S.Şərifova məhkəmədə iddia qaldırıb ki, həmin şəxslər evdən çıxarılsın. Onlar isə sənədlərinin düzgün olduğunu əsas göstərərək evdən çıxmayacaqlarını bildiriblər və onlar da S.Şərifovanı məhkəməyə veriblər.
İşə 21 iyun saat 14:30-da Binəqədi rayon məhkəməsində hakim Fuad Abdıyevin sədrliyi ilə baxılacaq.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin