Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

161 Azərbaycan bayraqları İtaliya - Türkiyə oyununa niyə buraxılmadı? - AÇIQLAMA

Bir qədər sonra Avro-2020-nin açılış oyunu start götürəcək.
Sözügedən qarşılaşma İtaliya və Türkiyə milliləri arasında baş tutacaq.
Ancaq bu oyunun keçiriləcəyi Romanın "Olimpiko" stadionuna Azərbaycan bayraqları ilə daxil olmaq istəyən bir qrup həmyerlimiz "sürpriz"lə üzləşib. Belə ki, arenaya yalnız Türkiyə və İtaliya bayraqlarının daxil edilməsinə icazə verilib və digər bayraqlar stadionun giriş hissəsində qalmalıdır.
"Milli dəstə" azarkeş qrupunun rəhbəri Şamil Mustafayev RiaTV.az-a açıqlamasında bunun UEFA-nın təhlükəsizlik qərarı ilə bağlı olduğunu deyib:
"Bu oyunda ancaq Türkiyənin və İtaliyanın bayraqlarını dalğalandırmağa icazə var. Bu, UEFA-nın dünən qəbul etdiyi təhlükəsizlik qərarı ilə bağlıdır. Biz bayrağımızı stadiona keçirmək istəsək də alınmadı. Ancaq dövlət atributumuzu çöldə təhlükəsiz yerə qoymağımızı da təmin etdilər".
Qeyd edək ki, İtaliya - Türkiyə oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin