Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Beşəmlərin anası: Prezidentin təbriki bizi çox sevindirdi və xoşbəxt etdi

Xəbər verdiyimiz kimi, Azərbaycanda beşəm dünyaya gəlib. Lamiyə Mürşüdlü adlı qadın dörd oğlan, bir qız dünyaya gətirib.

Beşəm dünyaya gətirən Lamiyə Mürşüdlü RiaTV.az-a müsahibə verib. 


- Lamiyə xanım, ilk olaraq sizi təbrik edirik. Hazırda özünüzü necə hiss edirsiniz?


- Çox təşəkkür edirəm. Hazırda Özümü yaxşı hiss edirəm. Həkimlərin sayəsində ağrılarım yoxdur. Çox şükür, hər şey istədiyimiz kimi keçdi. 


- Beşəmlərin vəziyyəti necədir?


- Məndə olan məlumata görə ilk 7 gün böyük risk dövrü sayılır. Hazırda neontoloqlar uşaqların vəziyyətini stabil olaraq dəyərləndirirlər. Həkimi də vəziyyətlərinin normal olduğunu deyir. 


- Məlumata görə, Prezident İlham Əliyev beşəmlər dünyaya gəldikdən sonra həkiminizlə əlaqə saxlayıb və təbriklərini çatdırıb. Bu haqda nə deyə bilərsiniz?


- Bəli, doğrudur. Cənab prezident İlham Əliyev beşəmlər dünyaya gəldikdən sonra həkimimiz Emin Haqverdiyevlə əlaqə saxlayıb. Təbii ki, prezidentin şəxsən diqqətində olmaq bizə böyük qürur və sevinc hissi yaşatdı. Mən və ailəmiz bu səbəbdən çox xoşbəxtik. Cənab prezidentə diqqət və qayğısına görə minnətdarlığımızı bildiririk. Bu diqqət bizi çox xoşbəxt etdi və çox sevindirdi. 


- Uşaqlara qoyulacaq adları düşünmüsünüz?


- Elin adətinə uyğun olaraq uşaqlara ad qoymaq öhdəliyini nənə və babalara vermişik.


- Uşaqların xəstəxanadan çıxması nə zaman üçün nəzərdə tutulub?


- Uşaqların xəstəxanadan çıxma məsələsinə gəlincə isə, deyə bilərəm ki, bu suala cavab vermək üçün hələ tezdir. Çünki qarşıda bizi riskli dövr gözləyir, prosesin sağ-salamat tamamlanması kimi məsuliyyətli və ağır günlər bizi gözləyir.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin