Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Hakanı təhqir edən aktrisa intihara cəhd edib?

Sosial media hesabında iş adamı Hakan Sabancını təhqir edən aktrisa Aygün Aydının intihara cəhd etdiyi iddia olunub.

RiaTV.az  xəbər verir ki, aktrisanın evdə intihara cəhd etdiyi və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Aygün bir müddət əvvəl İnstaqramda canlı yayım açaraq intihar edəcəyini qeyd edib. "Yaşamağın mənim üçün heç bir mənası yoxdur. Niyə 8 polis prokurorluq qərarı olmadan qapımı sındırdı?" deyə, aktrisa sualla izləyicilərinə müraciət edib.

Onun hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi və vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Hakan Sabancı ilə eşq yaşadığını təsdiqləmək üçün onunla olan mesajlarını internetdə yayımlatdıran aktrisaya uzaqlaşdırma qərarı çıxarılıb. Lakin Aygün buna məhəl qoymayıb. Bu səbəbdən aktrisa 3 gün müddətinə həbs olunub. O, həbsdən çıxdıqdan sonra da Hakanı təhqir etməyə davam edib.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin