Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda 225 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Azərbaycanda koronavirus infeksiyasına daha 225 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

RiaTV.az  xəbər verir ki,  Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, son sutkada 4 nəfər koronavirusdan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339 062 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 537 nəfər müalicə olunaraq sağalıb, 4 998 nəfər vəfat edib, aktiv xəstə sayı 2 527 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 593, ötən müddət ərzində isə ümumilikdə 3 935 913 test aparılıb.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin