Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Bayden qərar verdi

ABŞ bu ölkənin qoşunları ilə əməkdaşlıq edən Əfqanıstan sakinlərini ölkədən köçürmək üçün 100 milyon dollara qədər vəsait xərcləyəcək.

RiaTV.az  xəbər verir ki, bu haqda qərarı ABŞ Prezidenti Cozef Bayden verib.

Qeyd olunur ki, C.Bayden artıq Dövlət katibi Entoni Blinkenə bu məsələ barədə təlimatlarını göndərib.

Ayrılan vəsait qaçqın və məcburi köçkünlərə yardımın göstərilməsi üzrə dövlət fondu vasitəsilə xərclənəcək. İlk növbədə, bu pullar xüsusi mühacir vizalarının verilməsinə sərf ediləcək.

ABŞ Dövlət Departamentinin məlumatına əsasən, 2,5 min əfqan sözügedən bu viza üçün müraiət edə bilər. Lakin bununla belə, KİV bu rəqəmin daha çox olduğunu deyir və onlara görə bu say bilavasitə amerikalı hərbçilərlə çalışan 18 min əfqan və onların 53 min ailə üzvündən ibarətdir. 

Qeyd edək ki, ABŞ-ın təxliyyə edəcəyi əfqanların heç də hamısının burada qalacağına zəmanət verilmir. Köçürülən əfqanların viza almaq hüququ ümumi əsaslarla nəzərdən keçiriləcək. ABŞ-da qalmaq şansı qazana bilməyənlər isə vətənlərinə geri göndəriləcək.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin