Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Ağstafada motosikletçi qəza nəticəsində xəsarət alıb

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

RiaTV.az-ın məlumatına görə, hadisə rayonun Həsənsu kənd yolunda qeydə alınıb.

Köçəsgər kənd sakini, 1976-cı il təvəllüdlü Sahib Vəliyevin idarə etdiyi motosikletin yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü xəsarət alıb.

O, təcili tibbi yardım maşını ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin