Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda son sutkada 412 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb.

RiaTV.az  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada koronavirusdan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 340 057 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 907 nəfər müalicə olunaraq sağalıb, 5 002 nəfər vəfat edib, aktiv xəstə sayı 3 148 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 381, ötən müddət ərzində isə ümumilikdə 3 965 397 test aparılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin