Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Çində yanğın nəticəsində 14 nəfər ölüb

Çinin şimal-şərqində yerləşən Tszilin vilayətindəki Çançun şəhərində logistika anbarında baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

RiaTV.az  xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın günün ikinci yarısında yüksək texnoloji sənaye zonasının ərazisində yerləşən anbarda baş verib.

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir, araşdırma aparılır.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin