Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Təhsil naziri müəllimlərin işə qəbulu imtahanlarında yaranmış narazılıqlara münasibət bildirdi

"2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq".
 

RiaTV.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib.
 
Nazir deyib ki, bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq: "Araşdırmaların nəticəsinə əsasən, növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq".
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin