Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Müğənni Aygün Mirzəyevaya hoteldə 23 bıçaq zərbəsi vuruldu - FOTO

İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.RiaTV.az xəbər verir ki, bu barədə Nizami rayon prokurorluğundan məlumat verilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin