Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Bakıda güclü yanğın

Bakıda Bayıl yamacında güclü yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyi baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən RiaTV.az-a bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.
İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin