Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Təcili! Gəncə polisi və "Cəmilə" kimlərə qarşı intim-şantaj fəaliyyətlərlə məşğul olub?


Sosial şəbəkədə - xüsusilə (istinad-@azerifakt.az@bu_heqiqetdir) instaqram səhifələrində bir qrup şəxsin əvvəlcədən əlbir olaraq insanları intim videolarla şantaj etməsi barədə xəbərlər yayılıb. İddialara görə, Gəncədə polis əməkdaşlarının da iştirak etdiyi cinayətkar bir dəstə tanınmış və imkanlı şəxslərin biabırçı videolarının çəkilməsini təşkil edərək nəticədə qurbanlarından küllü miqdarda rüşvət almaqla ağır cinayət əməlləri törədiblər.


"Demokratik.Az"-ın əldə etdiyi və dəqiqləşdirdiyi qeyri-rəsmi məlumatlara görə, silsilə şantajlarda iştirak etmiş bir neçə polis artıq öz işlərindən azad edilməklə barələrində cinayət işi açılıb.
Onlardan - Gəncə şəhər Nizami rayon Polis Şöbəsinin əməkdaşları;
polis kapitanı Orxan, polis serjantları Pərviz və Piran adlı şəxslərə Gəncə şəhər prokurorluğunda cinayət işinin açıldığı bildirilir. Piran deyilən polis serjantının atası Namiq Məmmədovun əvvəllər Gəncə ş, Kəpəz rayonu üzrə pasportstol rəisi olduğu bildirilir. 
Əldə etdiyimiz özəl xəbərə görə, polis əməkdaşları ilə birləşərək planlı şəkildə adamları yaşadığı evə dəvət edib tələyə salan Cəmilə adlı yüngül əxlaqlı xanıma da cinayət işi açılaraq barəsində həbs qətimkan tədbirinin seçiləcəyi ehtimal edilir.
Məlumata görə, cinayətkar dəstə əsasən hərbiçiləri, aşağı rütbəli polis əməkdaşlarını, şəhərin 4 nömrəli orta Məktəbinin direktoru Əliağa Səfərəliyevi, sabiq icra başçısı Məharət Mustafayevin Sərxan adlı oğlunu və digər şəxsləri əvvəlcədən onlara içdikləri içkilərə narkotik tərkibli dərmanlar atmaları ehtimal olunan alçaldıcı intim videolarını çəkiblər. Hazırda həmin videolardan bir neçəsi vatsap vasitəsilə insanların bir çoxunun telefonunda da yayılmaqdadır.
Müəyyən şəxsləri geylərlə də görüşdürüb seksual görüntüsünü çəkib sonra da külli miqdarda pullarını mənimsəyiblər.
Dəstənin üzvlərindən olan Ayla (ad şərtidir) adında qızla əsasən polis əməkdaşlarınin videolarını çəkib, yayılmaması və guya tədbir görülməməsi müqabilində qurbanlıqlardan 10-20 min AZN civarında rüşvətlər alıblar.
Gəncə şəhər Nizami rayon polisində əxlaqsızlığa və şantaja şərait yaratmış belə bir dəstənin olması ancaq təəssüf doğuracaq haldır. Və baş verənlər ölkəmizin ikinci böyük şəhərində asayişi qorumalı olan polis adına bir ləkədir.
Cəmilə Babayeva (ad şərtidir) deyilən şəxsin əli ilə Atai Bəxtiyardan 54 min, Atai Ruslandan 22 min 500 AZN rüşvət alındığı da şokedici iddialar sırasındadır.
Məlumata görə, Bəxtiyar Atai baş verənlər barədə hələ aylar öncə dəfələrlə şikayətlər edib, lakin, adiyati qurumlar məsələyə dərhal reaksiya verib baxmadan olayı sanki ört-bas etməyə çalışıblar.
Onu da xatırladaq ki, olaylarda adıçəkilən Cəmilə Babayeva (ad şərtidir) bir neçə il əvvəl də oxşar cinayət əməllərinə görə məhkumluq həyatı yaşayıb. Barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb.
Xəbərdə adıkeçən şəxslərin fikirlərini və DİN-in Mətbuat Xidmətinin mövqeyini də dərc etməyə hazırıq.
Facebook-da paylaş