Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Qus Hiddink karyerasını başa vurub

Niderland, Cənubi Koreya, Türkiyə və Rusiya yığmalarının sabiq baş məşqçisi Qus Hiddink karyerasını başa vurub.

RiaTV.az-ın məlumatına görə, bu barədə 75 yaşlı mütəxəssis "Voetbal International" nəşrinə açıqlamasında deyib.

O, futbolla həmişəlik vidalaşdığını bildirib: "Koronavirus səbəbindən son vaxtlar aktiv fəaliyyətlə məşğul deyildim. Dik Advokat kimi etməyəcəyəm. Futboldan birdəfəlik gedirəm".

Qeyd edək ki, son iş yeri Kurasao millisi olan niderlandlı mütəxəssis ölkəsində PSV, Türkiyədə "Fənərbağça", İspaniyada "Valensiya", "Real Madrid", İngiltərədə "Çelsi" və Rusiyada "Anji" komandalarına da başçılıq edib.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin