Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Diaspor Komitəsinin şöbə müdiri işdən çıxarılıb, mətbuat katibinə yeni vəzifə verilib - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub.

RiaTV.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Komitəsinin sədri Fuad Muradov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinim müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub.

Digər əmrlə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi həmin şöbəyə birləşdirilib.

Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin