Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Bakıda məşhur restoran cərimələndi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 400 ictimai iaşə obyektində 685 monitorinq keçirib.

RiaTV.az  xəbər verir ki, AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 58 ünvanında yerləşən, fiziki şəxs Bəkirli Elvin Malik oğluna məxsus “Barley” pub;

2. Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Mehdi Firuz oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küç., ev 50/52 ünvanında yerləşən, hüquqi şəxs "Shazelı Group" MMC-yə məxsus “Pak Dad” restoranı;

4. Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 40 ünvanında yerləşən, fiziki şəxs Həsənova Əzimə Umudvar qızına məxsus dönər evi;

5. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küç., ev 114d ünvanında yerləşən, fiziki şəxs Atakişiyev Elməddin Hümbət oğluna məxsus “Urfa Sofrası” restoranı;

6. Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küç., ev 74 ünvanında yerləşən, fiziki şəxs Cabbarov Ramin Tofiq oğluna məxsus "Uğur Dönər” kafesi;

7. Bakı şəhəri, Nizami rayonu, Asif Məhərrəmov küç., ev 22A, m. 74 ünvanında yerləşən, fiziki şəxs Arzu Yaşara məxsus kafe;

8. Qəbələ rayonu, Z.Əliyeva küçəsində yerləşən, fiziki şəxs Qəhrəmanov Kamil Məhəmmədiyə oğluna məxsus çay evi;

9. Lənkəran şəhəri, M.M.Axund küçəsi, ev 58 ünvanında yerləşən, fiziki şəxs Nurullayev Arzuman Ələkbər oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin