Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

RiaTV.az  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Bığır kənd sakini Elvin Həmidovun “COVID-19” testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub.

Buna baxmayaraq, həmin şəxs qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları onunla profilaktik söhbətlər aparıb və yaşadığı evə geri qaytarıb.

E.Həmidov barəsində Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin