Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Keçmiş arvadı Nazpərinin oğluna xəyanət edib?

Xalq artisti Nazpəri Dostəliyeva dünyasını dəyişən oğlu Əlinin şəxsi həyatı ilə bağlı sirrləri açıb.
RiaTV.az xəbər verir ki, "1 dəqiqə" verilişində qonaq olan müğənni övladının uzun müddət əvvəl boşandığını deyib. Bildirilib ki, oğlu Əliyə xəyanət edilib:
"Əlinin ailəsində problem oldu, onlar boşandılar. Qisas yoxdur, bu haqda danışmaq istəmirəm. Səbəbsiz heç nə olmur. Tamerlanım (nəvəsi - red.) var... Əli dedi, ana, haqqını mənə halal et. Bilirdi daxilən əzab çəkirəm. Tamerlanı sənə tapşırıram, onu heç kimin, hətta anasının əlində qoyma. Mən körpə övladı anasından ayırmaram. Böyüyüb gəlib nənəsini tapacaq".
Proqramda bildirilib ki, gəlini Tamerlanı ona vermək istəyir. Bu haqda deyilənə Nazpəri "Verməyib nə edəcək? Verməyə bilər, ana olasan gərək..." cavabını verib.
Bacısı Zeynəb Dostəliyeva isə "Qisas qiyamətə qalsın" sözlərini söyləyib.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin