Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Rafael Ağayevdən ÜZÜCÜ XƏBƏR

Karate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.
RiaTV.az-ın xəbərinə görə, tanınmış idmançımız fərdi şəkildə məşq edərkən sol ayağı burxularaq sınıb.
Bu səbəbdən də onun 16-21 noyabrda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, Rafael Ağayev bu ay Moskvada keçirilmiş Karate1 Premyer Liqa turnirinə də qatılmamışdı.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin