Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Onlar ATV-dən niyə getdi?

Aparıcılar İlkin Həsəni və Afaq Gəncəlinin layihələri ilə birgə ATV-dən ayrılması sosial mediada səs-küyə səbəb olmuşdu.
RiaTV.az onların kanaldan getməsinin səbəbini araşdırıb.
Məlum olub ki, şirkətin rəhbəri Azər Xəlilov Afaq Gəncəlinin komandası və digər proqramların komandasına bəzi qadağalar qoyub. Üstəlik, 10 ildən çox iş təcrübəsi olan Gəncəlinin cəmi 400 manat maaş alması da bu səbəblərdən biridir. Azər Xəlilov aparıcının maaşının artırılmasına və proqramı daha rəngarəng etməsinə maraqlı olmayıb. Bu səbəblə də Afaq Gəncəli ona maddi və mənəvi cəhətdən rahatlıq vəd edən Xəzər TV-ni seçib.
İlkin Həsəni və "Buğlama" komandasının getməsi isə çoxdan planlaşdırılsa da, yaxşı alternativ olmadığı üçün aparıcı gözləmə rejimində qalıb. Ancaq Həsəninin səbrini daşıran son damla yay aylarında "Buğlama"nın efir vaxtı zamanı "Yuxu kimi" serialının yayımlanması olub. O, kanaldakı şəxslərdən bunun səbəbini soruşduqda "Bu serial yaxşı reytinq verir" cavabını alıb. "Space" TV-nin yenidən dirçəlişi isə ayrılığa təkan verən hadisələrdən biri olub.
Sonradan ATV rəhbərliyi tək-tək İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərliyə aylıq yüksək məbləğdə maaş təklif etsə də, onların heç biri bu təklifi qəbul etməyib.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin