Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Xalq artisti Qarabağa niyə gedə bilmir?

"İşğaldan azad olunan torpaqların heç birində olmamışam”.
Bunu RiaTV.az-a  açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib. Aktrisa bildirib ki, səfərə çıxmağa ona səhhəti imkan vermir:

"Mənə olmaz, hələ icazə vermirlər. Ümid edirəm ki, yaxın vaxtlarda mən də Qarabağ torpaqlarında olaram”.

Aktrisa yaradıcılıq planlarından da söz açıb:

"Artıq teatr açılıb. Yeni tamaşaların, hansı əsərlərin səhnələşdirilməsi ilə bağlı müzakirələr də aparılıb. 3-4 əsər var ki, onları tamaşaya qoymaq istəyirəm. Həmin tamaşalara quruluş veriləcək, amma tezliklə yox”.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin