Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Toylar başladı, məktəblərdə yoluxma artır, payızda sərt karantin olacaqmı? - AÇIQLAMA

"Yoluxma sayları mütəmadi olaraq artır. İnsanlar daha çox qapalı məkanlardan istifadə edirlər və otaqların havalandırılmasına az riayət olunur. Bununla bağlı olaraq əksər viral infeksiyalar, əsasən hava-damcı yolu ilə keçən viral infeksiyaların yayılmasında artım müşahidə edirik. Koronavirusların yayılmasında mütəmadi olaraq artımlar və yenidən azalmalar müşahidə oluna bilər".
RiaTV.az  xəbər verir ki, bu açıqlamanı Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova mövzu ilə bağlı “Yeni Müsavat”a edib. Onun sözlərinə görə, toy və şənliklər pandemiya qaydalarına riayət etdikdə və əgər epidemioloji vəziyyət nəzarət altındadırsa, yoluxma sayının artmasına çox təsir göstərmir. Amma toy və şənliklərdə pandemiya qaydalarına riayət etmədikdə, məkanda vaksinasiya rəyinin sertifikat olmayan insanların çox toplaşması, maskasız sosial məsafə gözləmədən qapalı məkanlardan istifadə olunması əlbəttə ki, yoluxma sayını artıra bilər.
"Koronavirus əleyhinə hazırlanan vaksinlərin heç biri bizi bu virusdan ömürlük, birdəfəlik qorumur. Yəni tam qoruyucu immunitet yaranmır. Çünki bu virus tez- tez mutasiya uğradığı üçün bir vaksin bütün ştammlara qarşı tam qoruyucu ola bilməz. Xüsusilə də, əgər vaksinin vurulmasından altı ay keçibsə, bəzi vaksinlərlə üçüncü dozanın vurulması , yəni immunitetin bizi xəstəliklərdən qorunma qabiliyyətini daha da artırır".
N.Məmmədova əlavə edib ki, vaksinlərə Ümumdünya Səhiyyə Təşkilatının verdiyi əks-göstərişlər yalnız allergik anafilaktik reaksiyalarla bağlıdır:
“Digər hallarda olan əks göstərişlər, məsələn, infeksion və xroniki xəstəliklərin kəskinləşməsidir. Yəni sağaldıqdan sonra və ya xəstəlik remissiya olduqdan sonra bu qrup insanlar da mütləq vaksinasiya olunmalıdır. Ona görə də üçüncü doza vaksinə əks göstərişlər, yəni kimlər vurmamalıdır sualına cavabı kimlər birinci, ikinci dozanı vurdurmamalıdırsa, yalnız o şəxslər üçüncü dozanı vurmamalıdır. Digər hallarda isə ölkənin strategiyasından asılı olaraq üçüncü dozanın necə ki, ilk dəfə bu vaksinə görə prioritet qrup müəyyənləşdirilmişdi, üçüncü dozada da belə qrup müəyyənləşdirilə bilər. Yəni yüksək riskli sahələrdə çalışanlar və xəstəliyin ağır formasına görə risk qrupuna daxil olanlar, yaşı 60-dan çox olanlar, üçüncü dozanın daha öncədən vurdurması prioritet qrup olaraq o qrupa üstünlük verilməsi daha məqsədəuyğundur. Amma ümumilikdə götürdükdə üçüncü doza yalnız vaksinə qarşı anafilaktik reaksiya göstərənlər üçün əks götərişdir. Digər heç bir halda biz onu kiməsə əks göstəriş kimi şamil edə bilmərik.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 489 226 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 469 665 nəfər müalicə olunaraq sağalıb, 6625 nəfər vəfat edib, aktiv xəstə sayı 12 936 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 853, ötən müddət ərzində isə ümumilikdə 4 923 009 test aparılıb.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin