Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Agentlik reydlərə başladı - Qanunsuz sərnişin daşıyanlar cərimələndi

Bu gündən etibarən Daxili İşlər Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə qanunsuz sərnişindaşımaya qarşı reydlərə start verib.
 
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
 
O bildirib ki, artıq səhər saatlarından etibarən reydlərə start verilib:
 
"Hazırda Daxili İşlər Nazirliyinin Qaradağ postunda yol polisləri agentlik əməkdaşları ilə birlikdə reydlər keçirir. Tədbirlər 08:00-dan başlanıb. Tədbirlər bu gündən etibarən mütəmadi davam etdiriləcək, qanunsuz sərnişin daşıyanlara qarşı müvafiq tədbirlər görüləcək".
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin