Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda COVID-19-a yoluxanlara MÜAVİNƏT verilir

“Azərbaycanda koronavirus infeksiyası ümumi xəstəlik kimi qəbul olunduğu üçün virusa yoluxan şəxslərə özünütəcrid dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir”.
 
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev deyib.
 
O bildirib ki, ilk 14 gün ərzində müavinət sığortaedən tərəfindən, 14 gündən çox olduqda isə yerdə qalan vəsait məcburi dövlət sosial sığortası hesabına ödənilir.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin