Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Sabahın hava proqnozu - Yağış yağacaq, duman olacaq

Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacaq.
 
Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin